Qarabağ bölgəsi və ətraf rayonlarının su ehtiyatlarının həcmi açıqlanıb

Qarabağ bölgəsi və ətraf rayonlarının su ehtiyatlarının həcmi açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatlarının həcmini açıqlayıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, doqquz su anbarı mövcuddur:

“Araz, Bərgüşad, Tərtər, Hərkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin ürzində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələn çay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbrları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin(1 milyard 612 milyon) kubmetrdir. Çaylardan ən böyüyü isə Arazçaydır. Onun uzunluğu ( 1072) kilometrdir”.

Nazir müavini deyib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühim əhəmiyyət daşıyır.