“Cənubi Kipr dürüst davranmadıqca, problemin həlli mümkün deyil”

“Cənubi Kipr dürüst davranmadıqca, problemin həlli mümkün deyil”

“Kipr probleminin uzunmüddətli həllinə nail olmaq üçün Cənubi Kiprin müsbət addım atacağını gözləmirəm. Nə qədər ki, dürüst davranmayacaqlar, o zamana qədər onlarla bir müstəvidə saziş imzalamağımız mümkün deyil”.

ARANTV.AZ  bildirir ki, bunu APA-nın yerli bürosuna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən Kipr mövzusunda Cenevrədə 5+1 formatında keçirilən qeyri-rəsmi toplantının nəticəsinə mövqe bildirərkən deyib.

R.T.Ərdoğan bildirib ki, məsələ ilə bağlı 3 ay sonra keçiriləcək toplantıda Cənubi Kipr doğru mövqedə olacağı təqdirdə Kipr probleminin həlli mümkün olacaq.

Qeyd edək ki, 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında Çimali və Cənubi Kipr rəhbərlərinin, Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirlərinin, BMT-nin Baş Katibinin iştirakı ilə keçirilən toplantıda Kipr probleminin uzunmüddətli həllində Yunanıstan və Cənubi Kipr tərəfi irəli sürülən şərtlərlə razılaşmayıb.