Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Gömrükdən qanunsuz mal keçirmə: Broker rüşvət alarkən saxlanıldı

By Vüsal Rafiqoğlu
05.05.2021 2 Min Read

Sahibkarın idxal etdiyi məhsulların ölkəyə buraxılmasını ləngidən və bundan istifadə edərək onun mallarının gömrükdə sayılmadan daha sürətli formada keçməsinə kömək edəcəyini deyən broker şirkətinin işçisi rüşvət alarkən saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan Rzayev Rəhim Əli oğlu 27 aprel 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşı ona məxsus yüklərin rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verir.
Lakin özünü gömrük brokeri kimi təqdim edən Əli adlı şəxs ona zəng edərək 300 manat pul qarşılığında gömrük əməkdaşının vasitəçiliyi ilə həmin yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yarada biləcəyini deyir.

Ərizəçinin müraciəti əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları təxirə salınmadan əməliyyat tədbiri keçirib. Bu zaman Rəhim Rzayevin nağd şəkildə verdiyi 300 manat məbləğində pul “Fortis Broker” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən Əli Nəsibovdan aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Nəsibov Əli Adil oğlunun fərdi sahibkarla heç bir mülki hüquqi müqaviləsi yoxdur, eləcə də etibarnamə olmadan qanunsuz yolla aldığı 300 manat pul “yük gömrük xidmətləri” göstərilməsi adı altında “Fortis Broker” MMC-nin möhürüylə təsdiq edilən 853143 nömrəli mədaxil qəbzi ilə pərdələnib.

Bununla belə, faktla bağlı araşdırma aparılıb və müvafiq şəxslərin izahatı alınıb.

Özünü gömrük brokeri kimi təqdim edən Əli Nəsibovun izahatı alınarkən müəyyən edilib ki, o, orta təhsilli olmasına baxmayaraq, ali və ya ixtisas təhsili olmadan “Fortis Broker” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul olunub. Bu sahədə gömrük qanunvericiliyinin tələblərini yetərincə mənimsəməsə də, gömrük təmsilçisi kimi fəaliyyət göstərməyə səlahiyyəti olmasa da gömrük brokeri kimi çalışıb və ayrı-ayrı vətəndaşlara məxsus yüklərin gömrük orqanlarından çıxarılması üçün vasitəçilik fəaliyyəti ilə məşğul olub.

İzahatı alınan gömrük əməkdaşı isə ərizəçinin 300 manat pul qarşılığında onun vasitəçiliyi ilə vətəndaşa məxsus yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yaradacağı barədə dediklərini etiraf etməyib, ərizədə qeyd edilənlərin əsassız olduğunu bildirib.

Buna baxmayaraq, faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bağlı gömrük əməkdaşı və “Fortis Broker” MMC-nin işçisi barədə toplanılan material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ana yurdu candan əziz tutanlar – VİDEO

Next

420 qaziyə əlillik dərəcəsi təyin edildi – RƏSMİ

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv