Bu yay çimərliklərin fəaliyyətinə icazə veriləcək – RƏSMİ

Bu yay çimərliklərin fəaliyyətinə icazə veriləcək – RƏSMİ

Azərbaycanda 10 iyun tarixindən etibarən çimərliklərin fəaliyyətinə icazə veriləcək.

ARANTV.AZ  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, çimərliklərlə bağlı ötən il tətbiq olunan qaydalar bu il də tətbiq ediləcək.