BMT Təhlükəsizlik Şurası Malinin müvəqqəti prezidenti Ba Ndao, baş naziri Moktar Uana və keçid dövrünün digər liderlərinin həbs olunmasını qınayıb və onların dərhal sərbəst buraxılmasını istəyib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının açıqlamasında deyilir.
Aşıqlamada bildirilir: “Təhlükəsizlik Şurasının üzvləri həbs olunan bütün vəzifəli şəxslərin təhlükəsiz şəkildə, dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıblar”.
BMT Təhlükəsizlik Şurasının həmçinin üzvləri keçid dövrünün yenidən başladılmasına çağırıblar.
