Goranboyda 50 yaşlı qadını ilan sancdı

Goranboyda 50 yaşlı qadını ilan sancdı

Goranboy rayonunda qadını ilan vurub.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü kənd sakini Gülməmmədova Türanə Əliqama qızı fərdi təsərrüfatında alaq otu təmizləyərkən ilan onu əlindən sancıb. Şəkər xəstəliyindən əziyyət çəkən qadının ilan sancmasından sonra vəziyyəti ağırlaşıb.

T.Gülməmmədova xəstəxanaya yerləşdirilib.