Güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmisi Fərqanə Səfər məlumat verib.
Onun sözlərinə görə, hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
