Abşeronda BMW betona çırpılıb: Xəsarət alan var – FOTO

Abşeronda BMW betona çırpılıb: Xəsarət alan var – FOTO

Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ARANTV.AZ xəbər verir ki, avtoqəza sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş verib.

BMW-nin sürücüsü sükana nəzarəti itirib. Bu səbəbdən maşın beton arakəsməyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.