Bakı zooparkına heyvanların köçürülməsinə başlanılıb

Bakı zooparkına heyvanların köçürülməsinə başlanılıb

Qaradağ rayonu ərazisində müvəqqəti yerləşdirilən heyvanların Bakı Zooloji Parkına köçürülməsinə başlanılıb.

ARANTV.AZ  xəbər verir ki, bunu “report”a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

O bildirib ki, zooparkda təmir işləri hələ yekunlaşmayıb: “İşlər gedə-gedə müəyyən heyvanlar köçürülür. Hansı hissə hazırdırsa, o hissəyə heyvanlar yerləşdirilir”.

A.Hüseynov zooparkın açılacağı tarixin hələ dəqiq bilinmədiyini deyib.