Əli Əsədov rusiyalı həmkarına başsağlığı verib

Əli Əsədov rusiyalı həmkarına başsağlığı verib

Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.