Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər

İyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Şuşa şəhərinə gəliblər.

ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan səfər çərçivəsində xarici diplomatlar bir sıra tarixi və dini-memarlıq abidələrini, o cümlədən Şuşa şəhər mərkəzi meydanını, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərini, Xan Qızı bulağını, Şuşa qala divarlarını, Pənahəli xanın sarayının qalıqları olan ərazini, Qazançı kilsəsi və sair ziyarət edəcəklər.