İraqda xəstəxanada həlak olanların sayı 77 nəfər çatıb

İraqda xəstəxanada həlak olanların sayı 77 nəfər çatıb

İraqın cənubundakı NAsiriyyə şəhərində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada baş vermiş yanğın nəticəsində həlak olanların sayı 77 nəfərə çatıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə İraq mətbuatı bildirir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Əl-Hüseyn xəstəxanasında oksigen balonu partlayıb. Partlayışdan dərhal sonra yanğın başlayıb.

Aprel ayında paytaxt Bağdadda xəstəxanada baş vermiş partlayış nəticəsində 82 nəfər həlak olmuş, 110 nəfər xəsarət almışdı.