Ceyhun Bayramov: “Azərbaycan və Serbiya arasında olan münasibətlər straterji tərəfdaşlıqdır”

Ceyhun Bayramov: “Azərbaycan və Serbiya arasında olan münasibətlər straterji tərəfdaşlıqdır”

“Azərbaycan və Serbiya arasında olan münasibətlər dostluq və strateji tərəfdaşlıqdır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviç birgə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkələrimiz arasında yüksək siyasi dialoq mövcuddur:

“Münasibətlərin inkişafında ölkə liderlərinin şəxsi münasibətləri çox vacib əhəmiyyət kəsb edir”.

O bildirib ki, münasibətlərimizin təməlində beynəlxalq hüququn fundamental prinsiplər dayanıb:

“Azərbaycan və Serbiya hər zaman qarşılıqlı münasibətlərdə beynəlxalq sərhədlərin toxunulmazlıq prinsipinə hörmət və dəstək ifadə edirlər. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq imkanları və regional təhlükəsizlik barədə fikir mübadiləsi də aparmışıq”.