Baş Prokurorluq günün rəqəmini açıqladı

Baş Prokurorluq günün rəqəmini açıqladı

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.​

Baş Prokurorluğun Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, bu günün rəqəmi isə 444-dür.

Belə ki, 2020-ci ilin I yarımili ərzində prokurorluq orqanları tərəfindən istintaqı aparılmış 444 cinayət işinin ittiham aktı ilə məhkəmələrə göndərilməsi təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.