Mustafa Şentop: “Vətən müharibəsində Ermənistan bu kimi təxribatların cəzasını aldı”

Mustafa Şentop: “Vətən müharibəsində Ermənistan bu kimi təxribatların cəzasını aldı”

Azərbaycanın torpaqları işğal altında olmasına rəğmən müharibəni onlar başlatmadı. Ermənistanın təxribatlarına cavab olaraq 44 günlük vətən müharibəsi başladı. Lakin bu gün də Ermənistan təxribatçı mövqeyindən çəkinmir.

ARANTV.AZ  xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanın bu addımlara getməsi artıq təəccüb doğurmur:

“Nəticə etibari ilə düşünürəm ki, Ermənistan xalqının da müharibənin istədiyini düşünmürəm. Lakin Ermənistan bu cür təxribatlara yol verdiyi müddətcə sülh bərqərar ola bilməz. Ermənistanın Beynəlxalq hüququnun normalarına riayət etməsinin vaxtıdır. Vətən müharibəsində bu kimi təxribatların cəzasını aldı. Yenidən bu addımlara getsə, daha da zərərli çıxa bilər”.