Qənirə Paşayeva maaşını Türkiyəyə bağışladı

Qənirə Paşayeva maaşını Türkiyəyə bağışladı

Millət vəkili Qənirə Paşayeva Türkiyədə baş verən yanğından zərər görmüş bölgələrə dəstək üçün bir aylıq maaşını Türk Kızılay qurumuna köçürüb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Qənirə xanım özü açıqlama verib.

O qeyd edib ki, yanğından əziyyət çəkənlər bizim qardaşlarımızdır və hamımız əlimizdən gəldiyi qədər onlara kömək etməliyik.