İranda 5 ticarət gəmisi yanıb

İranda 5 ticarət gəmisi yanıb

İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu İranın Genave rayonu qubernatoru Qulamrza Mehrcu deyib.

Q.Mehrcunun sözlərinə görə, hadisə nəticəsində 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.

Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, bu limanda mindən çox yük gəmisi yan alır.