İtaliyada meşə yanğınlarında beş nəfər həlak olub

İtaliyada meşə yanğınlarında beş nəfər həlak olub

İtaliyanın cənubunda meşə yanğınları nəticəsində beş nəfər həlak olub.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, yanğınlar əsasən Siciliya və Kalabriya vilayətlərindədir.

Kalabriya vilayətinin rəhbərliyi bölgədə fövqəladə vəziyyətin elan olunması üçün paytaxt Romaya müraciət edib.

Yanğınlar nəticəsində minlərlə hektar meşənin məhv olduğu deyilir.