Rusiyada son sutkada 21 932 nəfər koronavirusa yoluxub, 808 nəfər ölüb

Rusiyada son sutkada 21 932 nəfər koronavirusa yoluxub, 808 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 21 932 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 6 534 791 nəfərə çatıb.

Son sutka ərzində 808 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 168 049 nəfərə çatıb.