Siciliyada Avropanın istilik rekordu qeydə alınıb

Siciliyada Avropanın istilik rekordu qeydə alınıb

Siciliyada havanın hərarəti 48.8 dərəcəyə çatıb.

Bu barədə bölgənin aqrometereoloji informasiya mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla da 1977-ci ildən bəri qüvvədə olan və Afinada qeydə alınan Avropa istilik rekordu (+48) yenilənib.

Qeyd olunub ki, İtaliyadakı anomal istilər Afrikadan gələn “Lüsifer” adlı antisiklon ilə bağlıdır.