Türkiyədə sel 5 nəfərin ölümünə səbəb olub

Türkiyədə sel 5 nəfərin ölümünə səbəb olub

Türkiyənin şimalında baş verən daşqınların fəsadları artmaqdadır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, Kastamonu vilayətində 4 nəfər həyatını itirib.

Ötən gün Bartın vilayətində 1 nəfər daşqınların qurbanı olmuşdu. Bundan başqa, Bartında ötən gün itkin düşmüş bir nəfərin axtarışları davam etdirilir.

Daşqınlar ümumilikdə Bartın, Kastamonu və Sinop bölgələrində ciddi dağıntılar və fəsadlar törədib.