Türkiyədə daşqın qurbanlarının sayı 40-ı keçdi – FOTO/VİDEO

Türkiyədə daşqın qurbanlarının sayı 40-ı keçdi – FOTO/VİDEO

Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində azı 44 nəfər ölüb.

Bu barədə şənbə günü hökumətin fövqəladə hallar idarəsi məlumat yayıb.

“Sel Kastamonuda 36, ​​Sinopda 7, Bartında bir nəfərin həyatına son qoyub”, – deyə nazirlikdən verilən açıqlamada bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl daşqınlardan zərər çəkmiş bölgələri təbii fəlakət zonası elan edib.

Xatırladaq ki, avqustun 11-də güclü leysan yağışları ölkənin bir neçə şimal əyalətində sel və daşqınlara səbəb oldu. Şəhərin küçələrində palçıq axınları əmələ gəldi. Binalara, nəqliyyat vasitələrinə və infrastruktura ziyan dəyib. İtkin düşənlər var.