Gürcüstanda koronavirusdan rekord ölüm qeydə alındı

Gürcüstanda koronavirusdan rekord ölüm qeydə alındı

Gürcüstanda ötən sutka ərzində koronavirusdan 59 nəfər ölüb.

Bu barədə Newsgeorgia.ge məlumat yayıb.

Bu, pandemiya başlayandan rekord göstəricidir.

Ümumilikdə ölkədə 6 649 xəstə virus səbəbindən həyatını itirib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa son sutkada 4 743 nəfərdə virusun aşkarlanması ilə ümumi yoluxma sayı 506 040-a çatıb.