Həftəsonu ictimai nəqliyyatın məhdudlaşdırılmasının əsas məqsədi aktivliyin aşağı salınmasıdır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, aktivlik artan kimi yoluxma da artır: “Sentyabrın əvvəlinə qədər vaxt var. Sentyabrın ortalarında epidemioloji vəziyyətlə əlaqədar bununla bağlı qərar qəbul oluna bilər.
