Həkim yeni ailə quran cütlüklərə müraciət edib

Həkim yeni ailə quran cütlüklərə müraciət edib

“Hamiləlik planlaşdıran, yeni ailə quran cütlüklərə əvvəlcədən peyvənd olunmaq məsləhət görülür”.

ARANTV.AZ  “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) I Mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova deyib.Onun sözlərinə görə, burada bir sıra əks göstərişlər də nəzərə alınmalıdır: “Əvvəllər vaksinasiyadan 6 ay sonra hamiləliyin planlaşdırılması tövsiyə olunurdusa, sonradan bu müddət 3 və son olaraq 1 aya qədər azaldıldı”.