17 yaşlı gəncin meyiti ağacda aşkarlandı

17 yaşlı gəncin meyiti ağacda aşkarlandı

Gəncə şəhərinin Kəpəz rayonu, Hacıkənd qəsəbəsində ağacda aşkarlanan bir nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.

FHN-dən verilən məlumata görə, Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.