ABŞ hərbi helikopteri qəzaya düşdü

ABŞ hərbi helikopteri qəzaya düşdü

ABŞ Hərbi Dəniz Qüvvələrinə aid helikopter Kaliforniya sahillərində qəzaya uğrayıb.

Bu barədə məlumat ABŞ Hərbi Donanmasının “Twitter” səhifəsində dərc edilib.

Qeyd olunur ki, “MH-60S” helikopteri Kaliforniya ştatının San Dieqo sahillərindən təxminən 60 dəniz mili məsafədə uçuş edərkən qəzaya uğrayıb.

Qəza baş verən ərazidə axtarış-xilasetmə əməliyyatı təşkil edilib.

Hələlik hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.