Azərbaycan cüdoçuları Kazanda keçirilən MDB Oyunlarının komanda yarışında 1/4 finalda Qırğızıstana 5:1, Qazaxıstana isə 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə finala yüksəliblər.
Komandamız finalda Özbəkistana 3:5 hesabı ilə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
