Salyanda ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, rayonun Düzənlik kəndi ərazisində Xələc kənd sakini S.Babayev idarə etdiyi “Ford Transit” markalı avtomobillə velosiped sürən kənd sakini, 2005-ci il təvəllüdlü Məhəmməd Əliyevi vurub.
Nəticədə 16 yaşlı M.Əliyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Salyan RPŞ tərəfindən araşdırma aparılır.
