Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) sentyabrın 14-dən etibarən Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.
ARANTV.AZ “Rosselxoznadzor”a istinadla xəbər verir ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.
