Şəki rayonunda bədbəxt hadisə baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Kiş kəndində qeydə alınıb.
2006-cı il təvəllüdlü Faiq Abdullayev yaşadığı evin həyətindəki hasara çıxıb və oradan düşmək istədiyi zaman yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
