Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun adının dəyişdirilib.
ARANTV.AZ bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının təklifinə əsasən, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu adlandırılacaq.
Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn məsələləri həll edəcək.Analoji dəyişiklik Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda da edilib.
