Azərbaycan Ermənistandan digər beynəlxalq və milli məhkəmələrə də şikayət edəcək.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev öz “Twitter” səhifəsində yazıb.
“Azərbaycan öz ərazisində cinayət, qanunsuz fəaliyyətlər və ayrı-seçkilik hərəkətlərinə görə Ermənistan hökumətinə, ayrı-ayrı şəxslərə və şirkətlərə qarşı beynəlxalq və milli məhkəmələrdə də vəsatət qaldırılacaq”, – paylaşımda qeyd olunub.
