Füzulidə sürücü avtomobil ilə qadını vuraraq qaçıb

Füzulidə sürücü avtomobil ilə qadını vuraraq qaçıb

Füzuli rayonunda yol qəzası olub.

ARANTV.AZ  bildirir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da saat 19 radələrində rayonun Horadiz şəhəri ərazisində müəyyən edilməyən avtomobillə şəhər sakini Gülnaz Səfərova vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli Rayon Polis Şöbəsin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada Priora” markalı avtomobilin sürücüsü, Horadiz şəhər sakini İ.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.