Milli Məclisdə Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin 1-ci ildönümünə həsr olunmuş Zəfər bayramı adlı tədbir keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, toplantını oktyabrın 22-də parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi təşkil edəcək.
