Sumqayıtda 30 yaşlı qadın intihar edib

Sumqayıtda 30 yaşlı qadın intihar edib

Sumqayıtda 30 yaşlı qadın özünü binadan atıb.

ARANTV.AZ xəbər verir ki, hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Ş. Əliyeva ailəli olub, 2 övladı var.