Qaxda 60 yaşlı kişi intihar edib

Qaxda 60 yaşlı kişi intihar edib

Qax rayonunda intihar hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.