Azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı AÇIQLANDI

Azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları nəticəsind zamanı piyada əleyhinə 338, tank əleyhinə 154 mina və 1 389 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 408 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.