Dövlət başçısının əlilliyi olan şəxslərin yol infrastrukturundan rahat istifadəsini təmin etməklə bağlı tapşırığına uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən panduslar inşa olunur.
ARANTV.AZ BNA-ya istinadən xəbər verir ki, Agentlik tərəfindən indiyə qədər 180 küçə və prospektdə panduslar inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib.
