VIII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir

VIII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir

Yeddinci iclasda “Gənclər danışır, biz dinləyirik” mövzusunda geniş müzakirələrə başlanıb

ARANTV.AZ  xəbər verir ki, Bakıda “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumu noyabrın 5-də işini panel iclasları ilə davam etdirir.

Forumun “Gənclər danışır, biz dinləyirik” mövzusunda keçirilən yeddinci panel iclasında gənclərin dünyadakı qlobal problemlərə və onların həllinə baxışları müzakirə edilir.

İclas Ukraynanın 2005-2010-ci illərdə Birinci xanımı olmuş Katerina Yuşşenkonun moderatorluğu ilə keçirilir.