Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, üç kişi, dörd qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
