Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Məhərrəm Nəcəf oğlu Məhərrəmov vəfat edib.
Bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.
O, 84 yaşında dünyasını dəyişib.
M.Məhərrəmov 1955-1960-cı ildə BDU-nun Kimya fakültəsində təhsil alıb.
Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 250 elmi məqalənin, o cümlədən 25 müəlliflik şəhadətnaməsinin və patentin müəllifi olub. Əməkdar müəllim fəxri adına layiq görülüb, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilib.
Qeyd edək ki, ötən gün BDU-nun bir professoru və bir dosenti vəfat edib.
