Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib – FOTO

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib – FOTO

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 10-da Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti  iclasında iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. Xatirə fotosu çəkdirilib.

Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.