Azərbaycan aviatorları yenidən qan donoru oldular – FOTO

Azərbaycan aviatorları yenidən qan donoru oldular – FOTO

“Azərbaycan Hava Yolları” (AZAL) noyabrın 12-də könüllü qanvermə aksiyası keçirib.

Həmin aksiyada 200-ə yaxın aviator iştirak edib. Qanvermə proseduru pandemiya dövründə qüvvədə olan bütün qaydalara riayət etməklə həyata keçirilib.

Qan donorluğu aviatorlar arasında artıq yaxşı ənənəyə çevrilib. Qangötürmə məntəqəsi AZAL-ın nəzdindəki poliklinikada yaradılıb, tibb işçiləri əvvəlcədən aviatorların məcburi tibbi müayinəsini keçirib.

Müayinədən sonra toplanan qan nümunələri müxtəlif ağır xəstəlikləri olan, həmçinin qan köçürülməsinə ehtiyacı olan pasiyentlərin müalicəsi üçün nəzərdə tutulub.