Sabirabad rayonunda uşaq ölümü hadisəsi baş verib.
ARANTV.AZ-ın xəbərinə görə, hadisə rayonun Şıx Salahlı kəndində qeydə alınıb.
Həmin kənd sakini 3 yaşlı Sadiq Abbasov yaşadığı evdə pnevmoniyadan ölüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
