Azərbaycanın “Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyası” İctimai Birliyini ilə Türkiyənin “Gənc MÜSİAD” təşkilatı arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
ARANTV.AZ xəbər verir ki, imzalanma mərasimi 25-ci Beynəlxalq Biznes Forum (İBF) çərçivəsində baş tutub.
Sənəd “Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyası”nın sədri Xaliq İldırımzadə ilə “Gənc MÜSİAD”ın sədri Furkan Akbal tərəfindən imzalanıb.
