“LUKOYL” Xəzərdə iri neft yatağının işlənməsi ilə bağlı müqavilə imzalayıb

“LUKOYL” Xəzərdə iri neft yatağının işlənməsi ilə bağlı müqavilə imzalayıb

Rusiyanın “LUKOYL” və Qazaxıstanın “Kazmunayqaz” şirkətləri Xəzər dənizinin Qazaxıstan sektorunda iri “Kalamkas-dəniz” layihəsinin başlıca prinsipləri ilə bağlı öhdəlik sazişi imzalayıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu “LUKOYL”un prezidenti Vahid Ələkbərov deyib.

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin “Kalamkas-dəniz” neft yatağında işlərə başlayacağını elan etmişdi.

2002-ci ildə kəşf olunan yatağın neft ehtiyatları 159 milyon ton həcmində proqnozlaşdırılır.