Bu il 100 uşaq övladlığa verilib

Bu il 100 uşaq övladlığa verilib

“Bu il 100 uşaq övladlığa verilib”.

ARANTV.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, övladlığa verilən uşaqlardan 18-i dövlətin uşaq evlərində böyüyən uşaqlardır. Bu il ərzində 1 000-ə yaxın monitorinq həyata keçirilib:

“Valideyn himayəsindən məhrum uşaqların ailələrinə inteqrasiyası prosesi aparılır. İl ərzində 64 uşağın ailəsi ilə iş aparılmaqla, onların ailələrinə inteqrasiyası təmin edilib”.