Böyük Britaniyanın London şəhərində yaşayış evində başlayan güclü yanğın dörd nəfərin ölümünə səbəb olub.
Faciə nəticəsində iki qadın və iki uşaq həyatını itirib.
Hadisə yerinə 6 yanğınsöndürən maşını və 40 nəfər şəxsi heyətin gəldiyi bildirilir. Yanan binadan dörd nəfər çıxarılsa da, onlar yerindəcə keçiniblər. Daha bir nəfər xəstəxanaya yerləşdirilib.
Yanğının başvermə səbəbləri araşdırılır.
Mənbə: RİA Novosti
