Şəhid Orxan Kərimli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib – VİDEO

Şəhid Orxan Kərimli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib – VİDEO

Hələ uşaqlıqdan vətənə, torpağa sevgisi var idi. Orxanın, ən böyük arzusu isə işğal altında olan torpaqlarımızı azad görmək idi.

Xezerxeber.az-ın məlumatına görə, Orxan Kərimli 2000-ci ildə Göyçayda anadan olub.

Orta məktəbi bitirən Orxan daha sonra ali təhsilini yarımçıq saxlayaraq 2019-cu ilin oktyabrında həqiqi hərbi hərbi xidmətə gedib.

O, 2020-ci ildə başlayan əks-hücum əməliyyatlarında igidlik göstərib. İlk olaraq Murovdağ, sonra isə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib.

Orxan Kərimli döyüşlər vaxtı ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib.

Oktyabrın 9-da döyüş tapşırıqlarını yerinə yetirərkən ağır yaralanaraq şəhadətə yüksəlib.

Orxan Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasina görə” və

“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.